Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

26.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Məşhur aktrisa Marqot Robbinin karyerasının əvvəlində çəkildiyi “Neighbours” serialı bu dəfə süni intellektdən istifadə üsuluna görə müzakirə yaradıb.

Kulis.az xəbər verir ki, serialın prodüseri “Fremantle” mobil telefonlar üçün nəzərdə tutulan şaquli formatlı qısa epizodlar hazırlamaq məqsədilə aktrisanın obrazının yer aldığı köhnə səhnələri yenidən montaj edir.

Layihə təxminən 150 dəqiqəlik məzmunu əhatə edəcək, lakin bəzi keçmiş aktyorlar əvvəlcədən xəbərdar edilmədiklərini və razılıqlarının alınmadığını bildirirlər.

Prodüser isə yeni səhnə, süni səs və ya aktyorların üzünü dəyişdirən görüntülər yaradılmadığını, texnologiyanın montaj və kadrların şaquli formata uyğunlaşdırılması üçün istifadə edildiyini deyir.

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum" Tanınmış meyxanaçı vəfat etdi "Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью