Marqus Tsahkna: Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

27.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanla regional əməkdaşlığı genişləndirmək istəyirik.

APA xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Energetika, investisiyalar və ticarət dəhlizləri sahələrində əməkdaşlığın artırılmasında maraqlıyıq. Avropa İttifaqı olaraq Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bununla yanaşı, rəqəmsallaşma, müdafiə sənayesi və süni intellekt sahələrində də əməkdaşlığın inkişafında maraqlıyıq”, - estoniyalı nazir qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью