Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mars tozunun kiçik hissəciklərinin ağciyərlərin dərinliyinə nüfuz edərək qan dövranına daxil ola və beyinə çata biləcəyi aşkar edilib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin alimləri tədqiqat aparıblar.
Tədqiqat zamanı skafandr materiallarının səthində 100 nanometrə qədər kiçik hissəciklər aşkarlanıb. Hissəciklər Perseverance roverindəki PIXL cihazı vasitəsilə müəyyən edilib. Bəzi hissəciklərin ölçüsünün cəmi 100-200 nanometr olduğu, bunun insan saçının enindən təxminən 700 dəfə kiçik olduğu bildirilir.
Alimlərin fikrincə, ultra incə hissəciklər burun boşluğundan qoxu siniri vasitəsilə beyinə nüfuz edə bilər. Bundan əlavə, 2,5 mikrometrdən kiçik hissəciklər dərin ağciyərlərə çatıb qan dövranına daxil ola bilər.
Araşdırmada qeyd olunur ki, tozun tərkibində dəmir, kükürd və fosfor birləşmələri, eləcə də tiroid funksiyasını poza bilən perxloratlar da daxil olmaqla potensial zəhərli maddələr aşkar edilib.
Gülşən Şərif