Marsa 700 milyonluq sərmayə

03.09.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“NASA” Mars missiyaları üçün yeni nəsil rabitə və naviqasiya şəbəkəsinin hazırlanmasını Jeff Bezosun “Blue Origin” şirkətinə həvalə edib.

“Bakupost” xəbər verir ki, müqavilənin dəyəri 700 milyon dollara qədər olacaq. Şəbəkə Marsa göndəriləcək missiyalara yüksək sürətli rabitə və naviqasiya xidməti göstərəcək.

“NASA” peykin ən gec 31 dekabr 2028-ci ilə qədər hazır olmasını tələb edib. Şəbəkənin 2030-cu il ətrafında fəaliyyətə başlaması planlaşdırılır.

Layihə “Blue Origin”in fəaliyyətini raket və kosmik uçuşlardan kosmik infrastruktur sahəsinə genişləndirməsi baxımından da əhəmiyyət daşıyır.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью