Marsa uçuş 6 dəfə daha sürətli ola bilər

19.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Gələcəkdə içərisində astronavtlar olan kosmik gəmilər Marsa daha tez çata biləcəklər. Bu, yeni nüvə elektrik mühərriki sayəsində mümkün ola bilər. Hazırda bu müddət 7-8 aydır.

Oxu.Az xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.

ABŞ şirkəti "SpaceNukes" innovativ nüvə elektrik mühərriklərinin hazırlanması üçün yeni kosmik layihənin tərəfdaşı olub. NASA tərəfindən dəstəklənən SPAR layihəsinə Miçiqan Universiteti rəhbərlik edir. Nüvə elektrik mühərrikləri dərin kosmosa missiyaların müddətini, o cümlədən Marsa uçuş vaxtını azaltmaqla yanaşı, kosmik gəmilərin səmərəliliyini artıracaq. "SpaceNukes"un açıqlamasına görə, belə mühərriklər ənənəvi kimyəvi raket mühərriklərindən 25 dəfə daha səmərəlidir.

Bildirilir ki, yeni mühərrik kosmik gəmini saatda 197 950 km sürətə qədər sürətləndirə biləcək. Beləliklə, Marsa uçuş cəmi 45 gün çəkəcək ki, bu da kimyəvi mühərriklərlə müqayisədə təxminən 6 dəfə daha sürətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью