Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Perseverance" özüyeriyən gəmisi Mars planetində tərkibinə görə orada olması mümkün görünməyən iri bir qaya aşkar edib.
Reyting.az xəbər verir ki, NASA-nın məlumatına görə, Vernodden bölgəsində tapılan və "Phippsaksla" adlandırılan, uzunluğu təxminən 80 santimetr olan bu qaya Mars üçün kifayət qədər iri sayılır və yüksək nikel-dəmirlə zəngindir. Bu isə əsasən planet nüvələrinə və asteroidlərə xas olan materialdır.
"SuperCam" spektrometri bu metalların tərkibini təsdiqləsə də, tədqiqatçılar hələlik Marsda tapılan bu qayanın meteorit olub-olmadığını dəqiqləşdirə bilmirlər.
Belə oxşar kosmik tapıntıları əvvəllər yalnız "Curiosity" roveri qeydə almışdı. Bu isə "Perseverance" üçün ilk belə kəşfdir.
Mütəxəssislər hələlik qayadan nümunə götürülüb-götürülmədiyi barədə açıqlama verməyiblər. Alimlərin fikrincə, hətta "Qırmızı planet"dən nümunə əldə edilsə belə, onların Yerə qaytarılması ən tez 2040-cı ildə mümkün ola bilər.
Oqtay QORÇU