Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Marsda vulkanik proseslərin indiyədək davam etməsi ehtimalını gücləndirən yeni elmi nəticələr əldə olunub.Tədqiqatçılar planetin Alba Mons vulkanı yaxınlığında hidrogen-xlorid qazının mövcudluğunu müəyyən ediblər.
"Reuters"in yaydığı məlumata görə, alimlər bu qazın yeraltı maqmatik proseslərlə əlaqəli ola biləcəyini düşünürlər. Onun atmosferdə yaranma mexanizminin dəqiqləşdirilməsi Marsın geoloji quruluşunun öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni nəticələr Qırmızı planetin geoloji baxımdan tamamilə fəaliyyətsiz olmadığı ehtimalını gündəmə gətirir. Bu isə Marsın daxili quruluşu və təkamülü ilə bağlı araşdırmalara yeni istiqamət verə bilər.
S.Rzayeva
XQ