“Marsel” “Beşiktaş”ın Höybyerq üçün təklifini rədd edib

20.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Marsel” Türkiyənin “Beşiktaş” klubunun danimarkalı yarımmüdafiəçi Pyer-Emil Höybyerq üçün təklifini rədd edib.

İdman.Biz bu barədə “L'Équipe” qəzetinə istinadən məlumat verir.

Mənbəyə görə, İstanbul klubu oyunçu üçün təxminən 10 milyon avro təklif edib. Yarımmüdafiəçinin bu yay “Marsel”dən ayrılacağı ehtimal olunur, çünki klub UEFA-nın maliyyə qaydalarına uyğunlaşmaq üçün bir neçə oyunçu satmaq məcburiyyətində qalır.

Pyer-Emil Höybyerq Danimarka futbolunun yetirməsidir. O, “Bavariya”, “Auqsburq”, “Şalke”, “Tottenhem” və “Sauthempton” kimi klublarda yüksək səviyyədə oynayıb. O, 2024-cü ilin yayında “Marsel”ə “Tottenhem”dən icarə əsasında qoşulub və ötən yay Provans klubu ilə 2028-ci ilin yayına qədər müddətli müqavilə imzalayıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью