“Marsel” braziliyalı görə “İnter”dən 30 milyon istəyir

02.04.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"İnter" braziliyalı sağ cinah yarımmüdafiəçisi Luis Enrikenin transferində maraqlıdır. Sport24.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "Marsel" futbolçunun transferi üçün qarşı tərəfdən 30 milyon avro tələb edir.

"Bavariya" da braziliyalının xidmətində maraqlıdır. Bu səbəbdən Almaniya nəhəngi Luis Enrikenin keçidi yönündə "İnter"lə rəqabət apara bilər.

Qeyd edək ki, braziliyalı vinger 2020-ci ilin sentyabrından "Marsel"ə məxsusdur. Fransa təmsilçisi onu 8 milyon avroya Braziliyanın "Botafoqo" klubundan transfer edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью