“Marsel” darmadağın etdi, “Lion” “Lill”ə çatdı

13.01.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ ilə “Monako” arasındakı duel Fransa Superkuboku uğrunda oyuna görə ötən ay keçirilmişdi.

16-cı turun başqa nəticələrinə gəlincə, “Marsel” autsayderlərdən “Havr”ı darmadağın etdi. Cənublular hesabı 5:0-a çatdırandan sonra bir qədər sakitləşdilər və qonaqlar bundan təsəlli qolu vurmaq mənasında yararlandı. “Marsel” lider PSJ ilə xal fərqini 7-yə endirdi, həmçinin “Monako”dan 3 xal uzaqlaşdı. “Lill”in də xal hesabında “knyazlar”a çatmaq imkanı var idi. Sadəcə, “şimallı itlər” evdə autsayderlərdən “Nant”ın müqavimətini qıra bilmədi. “Lill” ilə yanaşı, “Lion”un da 28 xalı var. Autsayder “Monpelye”ni 1:0 hesabıyla məğlub edən “şirlər” Bruno Jenezionun komandasından yalnız əlavə göstəricilərə görə geri qalır. Hesabat turunda “Renn” ilə “qol yağışı”ndan qalib ayrılan “Nitsa”nın 27 xalı var.
“Lans” özündən 3 xal geri qalan “Tuluza”nı qəbul etdi və gözlənilmədən uduzdu. “Sent-Etyen” evdə “Reyms”i 3:1 hesabıyla məğlub etdi. “Strasbur” – “Oser” oyununda da eyni hesab qeydə alındı. “Anje” – “Brest” oyununda isə meydan sahibləri inamlı qələbə qazandı.
16-cı tur
Marsel – Havr 5:1
Ronjye, 25. Nadir, 39. Mope, 43. Vai, 66. U.Qarsiya, 75 – Ayyu, 85. (64092)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kornelius (Bakola, 79), Enrike, Nadir (Kone, 46), Ronjye (Rou, 74), Merlen (U.Qarsiya, 73), Qrinvud, Rabyo, Mope (Vai, 59).
Lill – Nant 1:1
Qudmundsson, 40 – Ablin, 70-p. (41635)
Lion – Monpelye 1:0
Fayyad, 90+1-öz qapısına. (48162)
Nitsa – Renn 3:2
Gessand, 12. Diop, 34. Lyabord, 45+5 Kalimuendo, 27. Tryuffer, 49. (21332)
Sent-Etyen – Reyms 3:1
Boakye, 50; 57. Stassen, 81 Nakamura, 42. (14201)
Lans Tuluza 0:1
Abuhlyal, 73-p. (37461)
Anje Brest 2:0
Lepol, 6. Nyan, 90+5. (12691)
Strasbur Oser 3:1
Diarra, 45+4-p. Lemarşal, 59. Emeqha, 87 – Traore, 14. (19471)
Bu turun “Monako” – PSJ oyunu (2:4) dekabrın 18-də keçirilib.
1. PSJ 16 12 4 0 44-14 40
2. Marsel 16 10 3 3 37-19 33
3. Monako 16 9 3 4 26-16 30
4. Lill 16 7 7 2 26-16 28
5. Lion 16 8 4 4 28-20 28
6. Nitsa 16 7 6 3 31-21 27
7. Lans 16 6 6 4 19-15 24
8. Tuluza 16 7 3 6 18-17 24
9. Oser 16 6 3 7 24-26 21
10. Strasbur 16 5 5 6 28-28 20
11. Reyms 16 5 5 6 21-21 20
12. Brest 16 6 1 9 24-29 19
13. Renn 16 5 2 9 22-23 17
14. Anje 16 4 4 8 16-26 16
15. Sent-Etyen 16 5 1 10 15-35 16
16. Nant 16 3 6 7 18-25 15
17. Havr 16 4 0 12 12-34 12
18. Monpelye 16 2 3 11 15-39
Bombardirlər: Devid (Lill) – 11, Barkola (PSJ), Qrinvud (Marsel) – 10, Dembele (PSJ) – 8.
Turun rəqəmi
1 – “Renn” ilk 8 səfər oyununda yalnız bir xal toplayıb (1 heç-heçə, 7 məğlubiyyət). Bu isə 1986/87 mövsümündən bəri turnirin indiyəqədərki mərhələsi üçün ən aşağı göstəricidi.
Turun ulduzu
Usman Dembele (PSJ) Monako ilə səfər oyununda həm hesabı bərabərləşdirdi, həm də “knyazlar”ın bərabərlik qolu axtarışında olduğu anlarda 4-cü topu onların qapısından keçirdi. Baş məşqçi ilə problemi yoluna qoyandan sonra karyerasının zirvə dönəmini yaşayır.
Turun sitatı
Roberto De Zerbi, “Marsel”in baş məşqçisi:

“Ayyunun 85-ci dəqiqədə vurduğu cavab qolu məni bir qədər narahat etdi. Ona görə ki, 5:0 ilə 5:1 eyni şey deyil. Başqa komandalara bizə qol vurmağı heç də asan olmadığını göstərməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью