Marsel də Poqbadan imtina etdi

03.04.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa 1-ci liqa təmsilçisi "Marsel" Pol Poqbanın transferini istəməyib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

O bildiirb ki, 32 yaşlı yarımmüdafiəçi "Marsel" klubunun prezidenti Pablo Lonqoriyaya təklif edildə də, o, bu variantdan imtina edib.

Daha əvvəl isə MLS təmsilçisi "İnter Mayami" Poqbanın transferindən imtina edib.

Qeyd edək ki, Poqbanın son klubu "Yuventus" olub. Onunla müqavilə ötən ilin oktyabrında pozulub. Fransa millisinin sabiq üzvü "Mançester Yunayted"də də çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью