525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa 1-ci liqa təmsilçisi "Marsel" Pol Poqbanın transferini istəməyib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O bildiirb ki, 32 yaşlı yarımmüdafiəçi "Marsel" klubunun prezidenti Pablo Lonqoriyaya təklif edildə də, o, bu variantdan imtina edib.
Daha əvvəl isə MLS təmsilçisi "İnter Mayami" Poqbanın transferinə müsbət yanaşmayıb.
Qeyd edək ki, Poqbanın son klubu "Yuventus" olub. Onunla müqavilə ötən ilin oktyabrında pozulub. Fransa millisinin sabiq üzvü "Mançester Yunayted"də də çıxış edib.