Marsel hücumunda şübhəli bilinənlər indi dindirilir

25.02.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Rusiyanın Fransanın Marsel şəhərindəki baş konsulluğuna hücumda şübhəli bilinən şəxslər dindirilir.

News24.az xəbər verir ki, Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “Rossiya 24” telekanalına açıqlamasında bildirib.

Daha əvvəl məlum olub ki, şübhəlilər Marselin mərkəzində ukraynayönlülərin aksiyası zamanı saxlanılıblar. Bunlar 48 və 59 yaşlı kişilərdir.

Bu səhər bizə məlumat daxil olub ki, saxlanılanların hər ikisi Fransa vətəndaşıdır. Bizə hələlik hər hansı təfərrüat verilməyib, çünki istintaq hərəkətləri davam edir. Hücum faktı ilə bağlı cinayət işi açılıb. Şübhəlilər dindirilir, hələlik məlumat çox azdır", - deyə, baş konsul bildirib.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью