Marsel in müdafiəçisi hava limanında hücuma məruz qaldı

06.10.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nayef Agerd hava limanında hücum edilib.

Sportal.az xəbər verir ki, "BFM Marseille Provence"nin məlumatına görə, “Marsel”in mərkəz müdafiəçisi milli komandaya qoşulmaq üçün Mərakeşə yollanmağa hazırlaşarkən hücuma məruz qalıb. Hadisə bazar günü axşam Marinyan hava limanında baş verib.

VIP zalında olan futbolçuya bir nəfər yaxınlaşaraq onunla selfi çəkdirmək və telefon nömrəsini almaq istəyib. Qısa müddət sonra o, Agerdə şillə vurmağa cəhd edib, lakin zalın mühafizəçiləri müdaxilə etdikdən sonra qaçıb. Hücum edən şəxs bir qədər sonra polis tərəfindən saxlanılıb və dindirilib. Agerd isə uçuşa tələsdiyindən hadisə ilə bağlı ərizə yaza bilməyib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью