Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın “Marsel” futbol komandası ölkə çempionatının yeddinci turunda “Anje” üzərində böyükhesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, “Raymon Kopa” stadionunda keçirilən qarşılaşma qonaqların 5:2 hesablı üstünlüyü ilə başa çatıb.
Matçda hesabı 14-cü dəqiqədə “Anje”nin futbolçusu Lilian Raolisoa açıb. Lakin “Marsel” fasiləyə qədər oyunun gedişini dəyişib.
37-ci dəqiqədə Himad Abdelli tarazlığı bərpa edib. Altı dəqiqə sonra Nuhum Kamissoko qonaqları hesabda önə çıxarıb.
İkinci hissədə “Marsel” üstünlüyünü artırıb. 60-cı dəqiqədə Amin Quiri fərqi iki topa çatdırıb.
75-ci dəqiqədə Amin Əl-Uazzani penaltini dəqiq yerinə yetirərək meydan sahiblərinin ikinci qolunu vurub.
Qarşılaşmanın sonlarında “Marsel” daha iki dəfə fərqlənib. Amin Harit 83-cü, İqor Paixao isə 85-ci dəqiqədə qol vuraraq yekun hesabı müəyyənləşdiriblər - 2:5.
Beləliklə, “Marsel” Fransa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Bruno Jenezionun komandası xallarının sayını doqquza çatdıraraq turnir cədvəlində səkkizinci pilləyə yüksəlib.
Ardıcıl ikinci məğlubiyyətini alan “Anje” isə yeddi xalla 14-cü sırada qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Marsel” oktyabrın 25-də “Havr”ı qəbul edəcək. “Anje” isə həmin gün “Loryan”la qarşılaşacaq.