“Marsel” Timber transferində sona yaxınlaşır

20.01.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Marsel” qış transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, Fransa nəhəngi “Feyenord”un yarımmüdafiəçisi Kvinten Timberin transferini bitirməyə çox yaxındır.

Klub futbolçu ilə şəxsi müqavilə şərtləri üzrə tam razılıq əldə edib. Hazırda klublar arasında transfer məbləği ilə bağlı danışıqlar yekun mərhələyə daxil olub. Mənbələrin məlumatına görə, tərəflər arasında son detallər yaxın 24 saat ərzində razılaşdırıla bilər.

Timberin də karyerasını “Marsel”də davam etdirməyə isti baxdığı bildirilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью