Marsel varlanmaq istəyi Sabir Əhmədli | Icma.az
Kulis.az saytına istinadən Icma.az xəbər verir. Kulis.az Sabir Əhmnədlinin "Paris hekayələri" silsiləsindən ikinci və üçüncü hekayəni təqdim
Marsel - varlanmaq istəyi Marselə axşam düşürdü. Təbaşir daşı təki ağaran İf adasının üzərində günün son şölələri qızarırdı.
Gecədən dənizə çıxmış balıqçılar sahilə dönmüşdülər. Qayıqlar bulvarın səkisinə söykənmişdi, elə bil xiyabana çıxmaq üçün dartınırdılar.
Marsel balıqçılarının evi-daxması, həm də iş yeri olan qayıqlar cürbəcürdü; irisi, xırdası, təzəsi - rənglisi.
Eləsi də vardı, illərdən bəri dalğalarla çarpışmaqdan, küləklərlə güləşməkdən heydən düşmüşdü.
Aralıq dənizinin bu səmtdə durulan dalğaları hərdən səkiyə çırpılır, ətrafa damcılar sıçrayırdı. Qayıqlar astaca yırğalanırdı.
Onların içində ayaq üstə dayanmış balıqçılar elə bil suyun üzündə yox, quruda idilər.
Qayıqlara, bulvarın səkisinə dənizdən əldə edilmiş qənimət yığılmışdı. Kimininki az, kimininki çox.
Tam oxu
Xəbəri oxu