Marselo özünü tarixin ən yaxşı sol cinah müdafiəçisi hesab edirmi? | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
''Real''ın tarixində böyük iz buraxmış Marselo özünü futbol tarixinin ən yaxşı sol cinah müdafiəçisi hesab edib-etməməsi barədə suala cavab verib."Football-plus.az" xəbər verir ki, hazırda 37 yaşı olan Marselo 2007-22-ci illərdə ''Real''ın şərəfini qoruyub və Madrid nəhəngində ümumilikdə 25 titul qazanıb: ''İnsanlar tez-tez belə mövzuları müzakirə edir.
Onları anlayıram. Amma düzünü desəm, bu cür müzakirələrdən çox da xoşum gəlmir. Futbol tək oynanılmır. Əsas komandadı.
Mənim uğurlarımdan danışırıqsa, bu uğurların sahibi ''Real''dı. Mən də sadəcə ''Real''ın bir üzvü idim.
Özümü başqaları ilə müqayisə etməkdən və ya tarixin ən yaxşı sol müdafiəçisi hesab olunmaqdan xoşum gəlmir''.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu