Marşrut avtobusu Priora ilə toqquşdu: Xəsarət alan var FOTO

26.02.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью