Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Antoni Marsyal “Monterrey”də əsas komandadan kənarlaşdırılıb.
"Football-plus.az" xəbər verir ki, buna fransalı hücumçunun “Çivas Qvadalaxara” ilə oyunda meydana buraxılmamasına verdiyi aqressiv reaksiya səbəb olub. Baş məşqçi Nikolas Sançesin qərarı ilə Marsyal bir həftəlik komandadan uzaqlaşdırılıb və kollektiv məşqlərdə iştirak etməyəcək.
Meksika mətbuatı futbolçunun zəif performansını və intizamsız davranışlarını kəskin tənqid edir.
Qeyd edək ki, “Mançester Yunayted”in sabiq futbolçusu cari mövsümdə meydana çıxdığı 20 oyunda 1 qol vurub.