Mart ayında inflyasiya 5,9 faiz olub

10.04.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə 5,9 faiz artıb.

BAKU.WS Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu dövrdə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,5 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 7,5 faiz bahalaşıb.

Mart ayında qiymətlər fevralla müqayisədə 0,6 faiz, ilin ilk üç ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью