Mart ayının ən yaxşı 3 futbolçusu Uilyams ilk pillədə

03.04.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niko Uilyams IFFHS tərəfindən mart ayının ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, "Atletik" və İspaniya millisinin vingeri Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) reytinqində birinci yeri tutub.

"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix ikinci, "Barselona"nın vingeri Lamin Yamal isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar ayının ən yaxşı futbolçusu "Liverpul"dan Məhəmməd Salah, fevralda isə "Real"dan Kilian Mbappe seçilmişdi.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью