Mart ayının qeyri iş günləri

04.02.2026

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

Mart ayında ardıcıl 11 gün iş olmayacaq

OLAY yazır ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən 25 və 26 mart da qeyri-iş günü olacaq.

Martın 20-si və 21-i Ramazan bayramına təsadüf edir. Bayram günü digər qeyri-iş gününə düşdükdə növbəti iş günü istirahət günü kimi hesab olunur. Bu səbəbdən 27 və 30 mart da qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri: 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləridir.

Əlavə olaraq, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə düşdüyündən, 9 mart da qeyri-iş günü hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью