Marta Kos martın 19 da Ermənistana səfər edəcək

19.03.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Birliyinin genişlənmə üzrə komissarı Marta Kos martın 19-da Ermənistana səfər edəcək.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, o, İrəvanda baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan və daxili işlər naziri Arpine Sarkisyan ilə görüşlər keçirəcək.

Kosun Ermənistana səfəri 2026-cı ilin fevralında planlaşdırılmışdı, lakin mart ayına təxirə salınıb.

Səfərin əsas məqsədi regional əməkdaşlıq və Avropa Birliyi ilə Ermənistan arasındakı əlaqələrin inkişaf etdirilməsidir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью