Icma.az bildirir, Axsham.az portalına istinadən.
85 yaşlı milyonçu, yazar Marta Stüartın ötən Halloween bayramı üçün seçdiyi obraz təndiq olunub.
Axşam.az xəbər verir ki, Marta bayram üçün evsiz insan obrazını seçib. Onun bu addımı sosial şəbəkələrdə etirazla qarşılanıb.
Onun ünvanına "Haradan belə qənaətə gəldiniz ki, yol kənarlarında həyatını itirən yoxsul insanların obrazı kostyum ideyası üçün uyğundur?", "Marta, ətrafınızda baş verənləri heç anlayırsınız? İnsanlar hazırda çox çətin günlər yaşayırlar", "Bu, qəddar istehzadır", "Görəsən, bunu normal hesab edənlərin illik gəliri nə qədərdir?", "Martanı çox sevirəm, amma komandasından heç kim ona bunun pis fikir olduğunu deməyib?" deyə, şərhlər yazıblar.
Sahibkar qadının əlində "Acam. Mənə kömək edin" yazılmış lövhə olub.
Marta Stüart kostyum seçimi ilə bağlı "Page Six" nəşrinə açıqlama verib:
"Dünənki Hellouin kostyumumun ciddi evsizlik probleminə diqqət çəkmək məqsədi daşımasına baxmayaraq, kimlərisə incitməsi məni çox məyus etdi. Bunu qətiyyən istəməmişdim".
Mediaya açıqlama verdikdən bir neçə saat sonra Stüart fotosunu silib və instaqram səhifəsində üzr istəyib:
"Bəzən həqiqətən böyük səhv etdiyini etiraf etmək çətin olur. Əvvəlki açıqlamam kifayət etmədi. Bilirəm ki, hazırda bir çox insan ciddi maliyyə çətinlikləri yaşayır. Belə bir kostyum seçmək həssaslıqdan uzaq davranış idi və bunda gülməli heç nə yox idi. Çox üzr istəyirəm".
Qeyd edək ki, Marta Stüart vaxtilə ABŞ-ın ən nüfuzlu qadınlarından biri olub. O, “Martha Stewart Living Omnimedia” media şirkətinə sahib olub, televiziyada ev təsərrüfatı ilə bağlı verilişlər aparıb və təxminən 100 yemək kitabı nəşr etdirib. Bu kitabların bir qismi bestsellerə çevrilib.
1997-ci ildə Stüartın rəhbərlik etdiyi şirkət birjada səhmlərini satışa çıxarıb və bu, onu öz zəhməti ilə sərvət qazanan ilk amerikalı qadın milyarder edib.
Hazırda sahibkarın sərvətinin 400 milyon dollar olduğu qiymətləndirilir.