Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi verdiyi müsahibədə estetik əməliyyat etdirməyi planlaşdırdığını açıqlayıb və bu etiraf sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aysun İsmayılova bildirib ki, göz qapağı və göz üstü nahiyəsində estetik dəyişiklik etdirmək istəyib. Lakin həkimin ilkin olaraq onu bu fikirdən çəkindirdiyini deyən müğənni belə danışıb:
"Gözümün üstünü, göz qapağını etdirmək istəyirdim. Həkim dedi ki, hələ cavansan, olmaz. Amma mart ayında başqa bir estetik əməliyyat etdirəcəyəm".
Sənətçinin bu səmimi açıqlaması izləyicilər arasında fərqli reaksiyalar doğurub. Bəziləri Aysunun dəyişiklik qərarını şəxsi seçim kimi dəyərləndirərək dəstək verib, digərləri isə onu tənqid edib.
Musa
Milli.Az