Martın 11 də işıq olmayacaq Bu ərazilərdə

10.03.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərlinin bir hissəsində martin 11-də saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью