Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət İmtahan Mərkəzi martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
DİM-dən Mia.az-a verilən məlumata görə, imtahan 35 şəhər və rayonunda təşkil olunacaq.
İmtahanda 57 min 437 şagirdin iştirakı nəzərdə tutulur. Həmin gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron
Eyni zamanda martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.