Martın 2 də keçirilmiş imtahanın nəticələrinin açıqlanacağı tarix məlum olub

08.04.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 2-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri həftəsonu açıqlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün təşkil edilmiş mediaturda deyib.

O qeyd edib ki, imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью