Martın 25 dək yağıntılı və küləkli hava olacaq

25.03.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью