Martın 6 da fövqəladə AB sammiti ABŞ ın Ukrayna ilə bağlı mövqeyini dəyişdirəcək

05.03.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 6-da Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin fövqəladə sammiti ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsi kontekstində baş tutacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli rəsmisi görüşdən əvvəl Brüsseldə jurnalistlərə bildirib.

"Fövqəladə sammitin konteksti: ABŞ-ın mövqeyi nəzərə alınmaqla Ukraynadakı vəziyyət dəyişdi. Bu başlanğıc nöqtəsidir", - deyə o bildirib.

Diplomatın sözlərinə görə, Aİ "ABŞ-ın Rusiya ilə danışıqlar apardığını" nəzərə alır. "Bu danışıqlar Ukraynadakı vəziyyətə təsir edə bilər. Biz ABŞ-ın bu danışıqları inkişaf etdirmək niyyətini görürük", - deyə qeyd edib.

Aİ nümayəndəsi vurğulayıb ki, ABŞ-ın mövqeyinin dəyişməsi Aİ-nin Ukrayna ilə bağlı strategiyasını dəyişməyib. "Strategiyamız dəyişməyib, amma indi bizim üzərimizə daha böyük məsuliyyət düşür", - deyə o əlavə edib.

Diplomat vurğulayıb ki, "yeni konteksti qəbul edərək, biz iki məsələyə - Avropanın müdafiəsi və Ukraynaya yardıma hazır olmalıyıq". "Biz daha müstəqil olmalı, müdafiəmizi hazırlamalıyıq. Ümumi bir anlayış var ki, keçmişdə kifayət qədər iş görülməyib", - deyə bildirib.

Ukraynaya dəstək məsələsinə gəlincə, diplomatın sözlərinə görə, Aİ liderləri sammitdən sonra Aİ-nin "güc vasitəsilə sülhə" sadiqliyini təsdiqləmək niyyətindədir.

Jurnalistlərin Aİ-nin Macarıstanın bu məsələ ilə bağlı mümkün vetosu ilə necə davranmaq niyyətində olduğunu soruşduqda, mənbə "Aİ-də sədrliyin birliyə nail olmağa çalışacağına" əminliyini ifadə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью