Martın 8 dən bu yol bağlanır

06.03.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yol ötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 8-i saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-ə verilən məlumata görə, məhdudlaşma təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən müddət ərzində həmin hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью