Martin Knejeviçin köməkçilərindən biri məlum olub

09.09.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub. Sport24.az xəbər verir ki, bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində "Batumi" və "Burji" klublarında fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью