Martin Ryan azadlığa buraxıldı

23.09.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Prezident İlham Əliyevin Sərəncamı ilə əfv edilmiş fransalı məhkum Martin Ryan azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, xarici məhkum bir az əvvəl Lənkərandakı  cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, M.Ryan bu ilin martında casusluqda təqsirli bilinərək 10 il müddətinə məhkum edilmişdi. Ondan başqa bu gün iki nəfər türkiyəli, bir nəfər rusiyalı, bir nəfər pakistanlı məhkum da əfv edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью