Martin Ryan əfv edildi SƏRƏNCAM

23.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncam məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Prezidentə ünvanladığı əfv haqqında müraciətlərə baxılaraq imzalanıb.

Sənəddə məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışlarının nəzərə alındığı bildirilib.

Əfv olunan şəxslər arasında 1988-ci il təvəllüdlü, Fransa vətəndaşı Ryan Martin Riçard da var.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə məhkum edilib.

Qeyd edək ki, əfv sərəncamı humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью