Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliyalı hücumçu Qabriel Martinelli İngiltərə çempionu “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuna keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi veb-saytında məlumat dərc olunub.
Bildirilib ki, klub hücumçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Qeyde dək ki, Martinelli 2019-cu ildən “Arsenal”da oynayır. O, ötən mövsüm London komandasında 53 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyri-rəsmi məlumatlara görə, “Arsenal” Martinellinin transferindən 70 milyon avro əldə edib.