Martinelli Bundesliqa klublarından təkliflər alıb meneceri açıqladı

26.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Futbolçu Qabriel Martinelli yayda 70 milyon avro qarşılığında “Arsenal”dan “Əl-Hilal”a keçib. Lakin Səudiyyə klubu braziliyalı futbolçunun yeganə seçimi olmayıb.

İdman.Biz xəbər verir ki, Martinellinin meneceri Markos Kasseb onun Almaniya, İtaliya və Premyer Liqa klublarından rəsmi təkliflər aldığını bildirib. Menecer Almaniya klublarından təkliflərin olduğunu təsdiqləsə də, onların adlarını açıqlamayıb.

Martinelli daha əvvəl “RB Leypsiq”lə əlaqələndirilib. Mətbuatda “Bavariya”nın da adı çəkilib.

Kasseb hesab edir ki, “Əl-Hilal”a keçid Martinelliyə “Arsenal”da keçirdiyi bir neçə ildən sonra yeni səhifə açmaq imkanı verib.

“Düşünürəm ki, onun bir qədər məsafəyə ehtiyacı var idi, fikrini toplamaq və mühiti dəyişmək istəyirdi”, – deyə menecer bildirib.

O, həmçinin “Əl-Hilal”ın iddialı layihəsini və Səudiyyə klublarının daha gənc futbolçuları hədəf alması tendensiyasını vurğulayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью