Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-da İspaniyaya uduzduqları 1/8 final oyununu şərh edib.
Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Portuqaliya xalqı bu komanda ilə fəxr edə bilər. Böyük təəssüf hissi yaşayırıq. Son dəqiqələrdə dirəkdən dönən topumuz oldu. Hesab edirəm ki, azından əlavə vaxtı oynamağa layiq idik.
Müdafiədə etibarlı oynadıq və dünya çempionatının əsas favoritlərindən birinə qarşı yaxşı mübarizə apardıq. Bəxt bizdən yana olmadı. Oyun tamamilə bərabər səviyyədə keçdi”.