Martines razılıq verdi

27.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Aston Villa”nın və Argentina milli komandasının qapıçısı Emiliano Martines “Çelsi”yə keçməyə çox yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder və jurnalist Fabrisio Romano öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı əlcək sahibi London klubuna transfer olunmağa razılıq verib. Hazırda klublar arasında danışıqlar davam edir. Daha əvvəl argentinalı qolkiperlə maraqlanan “Tottenhem” isə diqqətini digər alternative qapıçılara yönəldib.

Emiliano Martines 2025/2026 mövsümündə Premyer Liqada 32 matçda meydanda olub. O, həmçinin Avropa Liqasında 11 qarşılaşmada “Aston Villa”nın şərəfini qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью