Icma.az, Idman.biz saytına istinadən bildirir.
Portuqaliya futbol millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı oyunda Kriştianu Ronaldunu niyə əvəzlədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 40 yaşlı hücumçu Portuqaliyanın 2:1 hesabı ilə qalib gəldiyi matçın 81-ci dəqiqəsində meydanı tərk edib. Onun yerinə Ruben Neveş oyuna daxil olub. Qonsalu Ramuş isə daha əvvəl, 63-cü dəqiqədə meydana buraxılıb.
Martines bildirib ki, oyunun gedişində Portuqaliyanın hücum xəttinin rəqibin cərimə meydançasına yaxınlaşmaqda çətinlik çəkdiyi məqamlar olub. Onun sözlərinə görə, Ramuşun meydana daxil olması Ronaldunun cərimə meydançasındakı mövqeyi fonunda Xorvatiyanın mərkəz müdafiəçilərinə təzyiqi artırmaq üçün düşünülmüş addım idi.
Baş məşqçi əlavə edib ki, qol vurulduqdan sonra Xorvatiya daha çox risk etməyə başlayıb. Bu zaman Luka Modriç və Mateo Kovaçiçin mərkəzdəki əlaqəsi güclənib. Martinesin sözlərinə görə, həmin mərhələdə Portuqaliyaya əlavə yarımmüdafiəçi və oyuna daha çox nəzarət lazım olub.
Qeyd edək ki, Portuqaliya millisi 1/8 finalda İspaniya ilə qarşılaşacaq.