Martinez: “Canımızı ortaya qoyduq”

16.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Argentina millisinin qapıçısı Emiliano Martinez DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan qələbəni şərh edib.

Apasport.az xəbər verir ki, təcrübəli qolkiper komandasının güclü rəqib qarşısında böyük əzmkarlıq göstərdiyini bildirib.

“Dünya çempionatı boyunca daim qarşılaşdığımız rəqiblər haqda danışıldı. Bu gün əlində olan futbolçularla iki-üç ayrı güclü start heyət qura biləcək İngiltərə qarşısında üstünlük yaratdıq. Onları məğlub etdik və finala yüksəldik.

Bunu necə etdik? Canımızı ortaya qoyduq. Meydanda hər şeyimizi verdik”, – deyə Martinez bildirib.

Qeyd edək ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Komanda iyulun 19-da keçiriləcək finalda İspaniya ilə qarşılaşacaq.

Harri Keyn: “Hamımız çox məyusuq” "Bavariya"nın 44 illik DÇ seriyası bitdi - "İnter" davam edir “Qalatasaray”dan yeni transfer “Liverpul”dan braziliyalı üçün maraq: Qiyməti aşağı düşdü Belçikalı futbolçu Premyer Liqa klubunda - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью