Martinez: Dünya çempionatında sınmış barmaqla oynadım

19.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martinez: "Dünya çempionatında sınmış barmaqla oynadım"

Argentina millisinin qapıçısı Emiliano Martinez 2026-cı il dünya çempionatı zamanı ciddi zədə ilə mübarizə apardığını açıqlayıb.

QOL.az xəbər verir ki, "The Sun"un məlumatına görə 33 yaşlı qapıçı may ayında "Aston Villa"nın Avropa Liqasının finalı öncəsi isinmə zamanı barmağını sındırdığını bildirib.

"Barmağım hələ də ağrıyır. Əməliyyatdan qaçmağa çalışdım. Müxtəlif ölkələrdə əl üzrə mütəxəssislərlə məsləhətləşdim. Mənə dedilər ki, əməliyyat olunsam, dünya çempionatının qrup mərhələsini buraxacağam. Buna görə fərqli hazırlıq keçdim və ilk oyundan iki gün əvvəl özümü yaxşı hiss etmirdim", – deyə Martinez söyləyib.

Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью