Martinez Maradonaya çatdı

20.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Argentinalı hücumçu Lautaro Martinez yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.

Matçın 55-ci dəqiqəsində hesabı açan 27 yaşlı futbolçu qollarının sayını 32-yə çatdırıb.

Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. 

Qeyd edək ki, Argentina - Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью