Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Erməni tərəfi oyunu bilərəkdən səhv başa düşür, başqa sözlə, Əliyevin nə istədiyini anlamır”.
KONKRET.az xəbər verr ki, bunu danışıqlar üzrə erməni ekspert Artur Martirosyan bildirib.
“Biz Əliyevin təkcə ritorikasına deyil, həm də hərəkətlərinə baxmalıyıq.
Sadəcə olaraq, erməni tərəfi oyunu bilərəkdən səhv başa düşür, başqa sözlə, qarşı tərəfin nə istədiyini anlamır.
Və bu gün biz məhz bu anlaşılmazlığın doğurduğu nəticələri görürük.
Yəni Əliyev sülh istəyir, ancaq öz şərtləri ilə”, – Martirosyan qeyd edib.
O, vurğulayıb ki, Paşinyanın sözlərinə əsaslanaraq, Əliyevin eskalasiyanın legitimliyinə ehtiyacı var.