Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Rusiyanın məşhur “Maşa və Ayı” cizgi serialı İndoneziyada böyük populyarlıq qazanıb.
Redaktor.az xəbər verir ki, İndoneziya Universitetinin kommunikasiya mütəxəssisi Tera Vidyastuti serialın uğurunu yumor, istilik və universal dostluq dəyərlərinin yerli mədəniyyətlə uyğunlaşması ilə əlaqələndirib.
Araşdırmaya görə, serialdakı personajların münasibətləri etibar, qarşılıqlı dəstək, hörmət və səmimi dostluq üzərində qurulub. Bu dəyərlər ailəyə, qayğıya və qarşılıqlı hörmətə böyük önəm verilən İndoneziya mədəniyyəti ilə uyğunluq təşkil edir.
Serialın İndoneziya üçün lokallaşdırılmış “YouTube” kanalının 6,4 milyona yaxın abunəçisi, 5,2 milyarddan çox baxışı var.
Mütəxəssis bildirib ki, serialdakı emosiyalar, zarafatlar və süjetlər dildən asılı olmayaraq uşaqlar üçün asan başa düşülür. Bu da “Maşa və Ayı”nın geniş auditoriyaya çatmasına imkan yaradır.
Qeyd edək ki, daha əvvəl Ukraynada “Maşa və Ayı” cizgi serialının bəzi “YouTube” kanallarına girişin məhdudlaşdırıldığı bildirilmişdi.
Aytəkin TOFİQQIZI