Masadıkov: Ermənistan 3 ildir üzvlük haqqı ödəmir

18.06.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmir.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov bildirib.

"Ermənistan artıq 3 ildir ki, üzvlük haqqını ödəmir. De-fakto, praktik olaraq onun işində iştirak etmir, halbuki de-yure KTMT-nin tamhüquqlu üzvüdür. Lakin qərar, əlbəttə, Ermənistan xalqının və Ermənistan rəhbərliyinin ixtiyarındadır", - Masadıkov məsələ ilə bağlı sualına cavab olaraq bildirib. Pepperoni pizza

O qeyd edib ki, KTMT üzv ölkələri respublikanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüququndan məhrum edilməsini müzakirə edirlər:

"Bəli, məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib və nazirlər bu məsələni ətraflı müzakirə ediblər".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью