Masaj salonları işlədən qadına hədə qorxu gəldi, həbs edildi

06.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının mərkəzində fəaliyyət göstərən “Red Light” və “Gold” masaj salonlarını işlədən Gülnarə İsayevadan hədə-qorxu ilə 30 000 manat tələb olunub.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi açılıb.

G.İsayevaya rüsvayedici məlumatlar yayma hədəsi gələn şəxsin 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı S.M (şərti) olduğu müəyyənləşib. pizza sifarişi

O özünü vəzifəli şəxs kimi tanıdaraq 30 000 manat qarşılığında himayədarlıq da təklif edib.

Gülnarə İsayevanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra 24 yaşlı şəxs saxlanılıb. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təqsirləndirilən şəxsə 2 il sınaq müddəti müəyyən edilməklə onun cəzası şərti hesab olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью