Masallı qəzasında xəsarət alanların SON DURUMU

02.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Fevralın 1-i saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Mənbə qeyd edib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.
1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.
2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью