Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb

13.03.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Masallıda əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib. Tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью