Masallı Xəstəxanasında doğuş üçün 6 min pul aldılar Körpə öldü….

11.06.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 7-si Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.

O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.

Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью